Belarus ölkə ərazisindən neft daşınmasına ekoloji vergi tətbiq edib

2020.01.13 13:47 (UTC+04:00)

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko neftin ölkə ərazisindən tranziti üçün ekoloji vergi tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sənədə əsasən, bu addımın atılması magistral neft kəmərlərində qəza hallarında və ya respublika ərazisində neft və neft məhsullarının daşınması ilə bağlı digər gözlənilməz şəraitlərdə baş verə biləcək qəzalar nəticəsində mümkün ekoloji problemlərin aradan qaldırılması üçün pul vəsaitləri mənbəyinin formalaşdırılması məqsədi daşıyır. Neft daşınması ilə məşğul olan müəssisələr üçün bu verginin dərəcəsi mənfəətin 50 faizi məbləğində müəyyənləşdirilib.

Bundan əlavə, Belarus ərazisindən keçən magistral boru kəmərləri ilə daşınan neft və neft məhsullarına görə də vergi tutulur.