Azərbaycan məhsulları "Beynəlxalq Yaşıl Həftə 2020" sərgisində

2020.01.13 12:01 (UTC+04:00)

Yanvarın 17-26-da Almaniyanın paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirəcək.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 70-dən çox ölkəsindən 1.500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.