2020-ci il yanvarın 1-dən Rusiya Federasiyasında fiziki şəxslərdən əmlak vergisinin tutulması ilə bağlı qaydalarda dəyişkilik qüvvəyə minib. Bu ildən təqaüdçülər üçün çıxılma müəyyənləşdirib, bu, altı sot həyətyanı sahəninin kadastr dəyərindən tutulan torpaq vergisinin azaldılmasına şərait yaradır. Bundan əlavə, təqaüdçülər bir obyekt üçün (ev, mənzil, otaqlar, qaraj) əmlak vergisi ödəməkdən azad ediliblər. Daha bir güzəşt isə budur ki, 2020-ci ildən nəqliyyat vergisinə güzəştin verilməsi üçün vergi orqanına müraciət etməyə ehtiyac olmayacaq. Vergi tutulan nəqliyyat vasitlərinin siyahısına qiyməti 3 milyon rubldan (83.145 manat) baha olan minik avtomobilləri salınıb.