Azərbaycanda milli ödəniş sistemi fasiləsiz işləyəcək

2020.01.11 17:59 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı bu il "7/24/365" layihəsini başa çatdırmağı planlaşdırır. Bu barədə qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib. "Həmin layihə nəticəsində ödəniş sistemimiz fasiləsiz işləyəcək. Bu həm bank sektoru, həm də biznes üçün faydalı olacaq", - o qeyd edib.