2019-cu ildə Azərbaycanda milli ödəniş sistemi ilə əməliyyatların ümumi dəyəri 41 faiz artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəov sahibkarla görüşdə məlumat verib: "Bu da kifayət qədər yüksək dinamikadır, ölkədəki iqtisadi artımı 20 dəfə üstələyir. Kəskin artım ölkədə şəffaflıqla bağlı atılan addımların, eləcə də AMB-nin ödəniş sistemlərinin inkişaf ilə bağlı reallaşdırdığı proqramların nəticə verdiyini göstərir".
Bundan başqa, AMB sədrinin sözlərinə görə, son 5 ildə kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi 8 faizdən 20 faizə yüksəlib: "Bu da yaxşı dinamikadır, amma bizi qane etmir. Bu il də bu nisbətin artırılması üçün addımlar atılacaq".