Gürcüstana səfər edən azərbaycanlıların sayı 8 faizdən çox artıb

2020.01.11 11:32 (UTC+04:00)

Dekabr ayında Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 122.591 nəfər təşkil edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı ziyarətçilərin sayı 9 888 nəfər və ya 8,8 faiz artıb.

Ötən ay Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 134.214 nəfərlə Ermənistan, üçüncü yerdə isə 80.701 nəfərlə Türkiyə vətəndaşları qərarlaşıb. Hesabat ayında qonşu ölkə, ümumilikdə, 667.612 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 16,4 faiz çoxdur.