Dövlətimizin başçısı "LUKoil" şirkətinin prezidenti ilə görüşüb

2019.01.23 11:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə "LUKoil" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.