Milli ödəniş sistemləri vasitəsilə qeyri-nağd ödənişlər ötən il 41 faiz artıb

2020.01.10 15:53 (UTC+04:00)

2019-cu ildə milli ödəniş sistemləri vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 41 faiz artıb. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, kartlarla nağd ödənişlərin ümumi çəkisi son 5 ildə 8 faizdən 20 faizədək yüksəlib.