Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 51 milyard dolları keçib. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.
E.Rüstəmov qeyd edib ki, bu göstərici ölkənin xarici borcundan 5 dəfə çoxdur və ümumi daxili məhsul səviyyəsindədir.