Azərbaycanda dövlət banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu illik 36 faiz artaraq 2019-cu il dekabrın 1-nə 2.514 mln. manat təşkil edib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə maliyyə-kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşunda dövlət banklarının xüsusi çəkisi də 14,7 faizdən 16,6 faizə yüksəlib.
2019-cu il dekabrın 1-nə əsasən, iqtisadiyyata cəmi kredit qoyuluşunun 80,9 faizi və ya 12.231,5 mln. manatı özəl banklar, 2,5 faizi və ya 370,9 mln. manatı isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.
Qeyd edək ki, hazırda Azərbaycanda iki dövlət bankı fəaliyyət göstərir.