2019-cu ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14.033,797 milyon manat təşkil edib. BFB-dən verilən məlumata görə, bu, 2018-ci illə müqayisədə 5,8 faiz azdır.
Ötən il bağlanmış əqdlərin sayı isə 6,2 faiz artaraq 5.460 olub.
BFB-nin dövriyyəsinin 83,95 faizi və yaxud 11.781,969 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 11,7 faiz azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 20 faiz artaraq 1.129,248 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 83,5 faiz artaraq 1 122,58 milyon manat olub.