Aİ-də plastik tullantılara vergi qoymaq gündəlikdədir

2020.01.09 14:15 (UTC+04:00)

Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) ayrılmasından sonra Avropa Komissiyası uzunmüddətli büdcənin formalaşması yönündə həll yollarından biri kimi karbon ticarətindən əldən edilən gəlirlərdən istifadə etməyi gündəliyə gətirmək niyyətindədir.

"Financial Times" qəzetinə açıqlama verən Aİ rəsmiləri 2021-ci ildə qüvvəyə minəcək uzunmüddətli 7-illik büdcə barədə müzakirələr zamanı üzv ölkələr arasında plastik materillara vergi qoyulması mövzusunda ümumi bir razılaşma olduğunu vurğulayıblar. Aİ rəsmilərindən birinin bildirdiyinə görə, üzv ölkələr Breksitdən irəli gələcək boşluğun fərqindədirlər və ona görə də gec və ya tez yeni bir gəlir axınının təmin olunması üçün qərar qəbul etməliyik.

Aİ Komissiyası 2018-ci ildə təkrar emal olunmayan plastik materiallar üçün vergi qoyulması və buradan əldə ediləcək gəlirin üzv ölkələrin dövlət büdcələrinə deyil, Aİ büdcəsinə köçürülməsi təklifini irəli sürmüşdü. Təkrar emal edilməyən plastik materillar üçün tətbiq olunacaq vergidən 2027-ci ilə qədər Aİ düdcəsinə 42 milyard avro gəlir əldə olunacağı təxmin edilir.