Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin qeyri-rəsmi görüşü olub

2019.01.23 09:54 (UTC+04:00)

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.