Dünya Bankı 2019-cu il üzrə Azərbaycanda iqtisadiyyatın 2,5 faiz, 2020-ci ildə 2,3 faiz, 2021-ci və 2022-ci illərdə isə 2,1 faiz artacağını proqnozlaşdırır. Belə bir proqnoz Dünya Bankının yanvar ayı üçün hazırladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında açıqlanıb. Bu il bu sənəd “İqtisadi inkişafın aşağı templəri, siyasi problemlər” adlanıb.
Dünya Bankının analitikləri neftin qiymətinin aşağı düşməsi və qeyri-neft sektorundakı struktur islahatları nəticəsində Azərbaycanda iqtisadi fəallığın azalacağını gözləyirlər: "Uzunmüddətli artım özəl sektorun inkişafını sürətləndirmək və maliyyə sektorundakı zəiflikləri aradan qaldırmaq üçün davam etdirilən daxili islahatlardan, habelə insan kapitalına investisiya qoyuluşundan asılıdır. Burada məqsəd təhsilin keyfiyyətini artırmaq və uyğunsuzluq bacarıqlarını azaltmaqdır".
Dünya Bankının hesabatında Avropa və Orta Asiya regionunda iqtisadi artımın "üç ildə ən aşağı 2 faiz səviyyəsinə" yavaşladığını göstərildiyi qeyd edilir. "Bu, 2018-ci ildə maliyyə bazarındakı ciddi sarsıntıların təsiri altında Türkiyədəki iqtisadi fəallığın, Rusiyada olduğu kimi, tələbat və neft hasilatının azaldılması şəraitində kəskin şəkildə azalmasının əks olunması idi", - Bankda hesab edirlər.
Hesabatın müəllifləri ümid edirlər ki, 2020-ci ildə bölgənin iqtisadi artım tempi 2,6 faizə qədər artacaq. Buna səbəbi kimi "əsas xam malların qiymətlərinin sabitləşməsi, avro bölgəsindəki iqtisadi artım və Türkiyədə (3%-ə qədər) və Rusiyada (1,6%-ə qədər) iqtisadiyyatın yenidən qurulması şərti olacaq.
"Enerji ehtiyatlarının ixracatçısı olan region ölkələri - Azərbaycan, Qazaxıstan və Rusiya hələ də xammalın dünya bazarındakı ciddi dəyişkənliklərə qarşı həssasdırlar. Xüsusilə bu artan qeyri-sabitlik fonunda baş verərsə", - Bankın mütəxəssisləri bildirirlər.
Bundan başqa, Dünya Bankı "Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi bölgədəki vəziyyətə mənfi təsir göstərə biləcəyini, xüsusilə də daxili tələbatın pul köçürmələrindən asılı olan ölkələrdə (Orta Asiya, Şərqi Avropa, Cənubi Qafqaz)" təsir göstərəcəyi vurğulanır.