Rusiyada boş vaqonların daşınması ƏDV-dən azad edilib

2020.01.08 18:43 (UTC+04:00)

Buna qədər boş yük vaqonlarının və konteynerlərin tranziti üçün 20 faiz dərəcəsi üzrə ƏDV tutulurdu.

"Bu addımın atılması dəmir yolu ilə tranzit daşımalarının ümumi xərclərini aşağı salmaq və digər ölkələri Rusiyanın dəmir yolu sistemindən istifadə etməyə cəlb etmək məqsədi daşıyır", - Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, boş vaqon və konteynerlərin daşınması üçün xərcləri onların sahibləri və ekspeditor müəssisələri çəkirlər. Ekspertlərin rəyinə əsasən, daşınma xərclərinin azaldılması Rusiyanın nəqliyyat sisteminin cəlbediciliyini artıracaq və daşınmalardan daha çox gəlir əldə etməyə imkan yaradacaq.