AMB-nin valyuta ehtiyatları 11 faizdən çox artıb

2020.01.08 17:45 (UTC+04:00)

Ötən ilin dekabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6.258 mln. ABŞ dolları təşkil edib. AMB-nin hesabatına əsasən, bu, aylıq müqayisədə 74,9 mln. dollar və ya 1,2 faiz, illik ifadədə isə 633 mln. dollar və ya 11,3 faiz çoxdur.