Ötən ilin dekabrın 30-na Azərbaycanda manatla pul bazası 12 152,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 1.478,0 mln. manat və ya 13,8 faiz artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, manatla pul bazası 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2.606,8 mln. manat və ya 27,3 faiz artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.