Ötən ilin dekabr ayında ARDNF 886 milyon dollar valyuta satışı edib

2020.01.08 14:10 (UTC+04:00)

2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6.593,85 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Fonddan verilən xəbərə görə, bu, 2018-ci illə müqayisədə 2,1 faiz çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə ARDNF-in valyuta satışının məbləği 886,35 milyon dollar təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 30,9 faiz çoxdur.