Latviyada 11 ayda 9 milyard avroya yaxın vergi yığılıb

2020.01.07 19:06 (UTC+04:00)

Bu ilin ilk 11 ayı ərzində Latviyanın Dövlət Gəlirləri Xidməti 8,971 milyard avro məbləğində vergi yığıb ki, bu da keçən ilin anoloji dövrünün göstəricisi ilə müqayisədə 52,294 milyon avro, yaxud 0,6 faiz çoxdur. Ümumi inzibati xərclər 402,455 milyon avro təşkil edərək 4,7 faiz artıb. Sosial verginin yığımında 3,2 faiz artım olub və bu verginin ümumi məbləği 3,181 milyard avro təşkil edib. Gəlir vergisinin yığılmasında artım 10,4 faiz olub. Aksiz yığımları isə 4,4 faiz azalaraq 978.582 avroya enib. Müəssisələrdən yığılan gəlir vergisi də 78,2 faizə düşərək 39.917 avro həcmində azalıb. Latviyanın vergi administrasiyası bunu müəssisələrin 2018-ci ildə artıq ödədikləri vergilərin qaytarılması ilə izah edib. Hökumətin proqnozuna əsasən, bu il dövlət büdcəsinə 9,812 milyard avro vergi daxil olacaq.