Azərbaycan ötən il enerji ixracından 60 milyon dollar gəlir əldə edib

2020.01.07 18:49 (UTC+04:00)

"Bu gün bizim təqribən 1.000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir". Bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu "Azərişıq" ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib: "Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edibdir".