Bayram günlərində hər bir nəqliyyat vasitəsi gömrük buraxılış məntəqəsindən 10 dəqiqə ərzində keçib

2020.01.07 18:06 (UTC+04:00)

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Qırmızı Körpü sərhəd-keçid məntəqəsində həm nəqliyyat vasitələrinin sıxlığı, həm də insan axını müşahidə edilib. Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərovun sözlərinə görə, adi günlərdə bir istiqamət üzrə gün ərzində 1000-1100 nəqliyyat vasitəsi keçirsə, bayram günlərində həmin say 1600-a qədər artıb: "Komitə sədrinin sərəncamı ilə gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bayram günlərində hər bir nəqliyyat vasitəsi gömrük buraxılış məntəqəsindən 10 dəqiqə ərzində keçib. Bayram tətilində Qırmızı Körpü keçid məntəqəsində hər gün 14-15 min, hətta bəzi günlərdə 16 minə qədər adama xidmət göstərilib".

Səbuhi TURAN