Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər

2020.01.07 17:39 (UTC+04:00)

İsveçrənin "Henley&Partners" şirkəti dünya ölkələrinin pasportlarının yeni reytinqini açıqlayıb. APA-nın məlumatına görə, siyahıya Yaponiya liderlik edir. Belə ki, Yaponiya pasportu daşıyan insanlar dünyanın 191 ölkəsinə vizasız səyahət etmək imkanına malikdirlər. Reytinqdə ikinci yeri Sinqapur (190 ölkə), üçüncü Almaniya və Cənubi Koreya Respublikası (189 ölkə) tutublar. İlk onluqda Finlandiya (188 ölkə), İtaliya (188 ölkə), Danimarka (187 ölkə), İspaniya (187 ölkə), Lüksemburq (187 ölkə), İsveç (186 ölkə), Fransa (186 ölkə), İsveçrə (185 ölkə), Portuqaliya (185 ölkə), Niderland (185 ölkə), İrlandiya (185 ölkə), Avstriya (185 ölkə), ABŞ (184 ölkə), Böyük Britaniya (184 ölkə), Norveç (184 ölkə), Yunanıstan (184 ölkə), Belçika (184 ölkə), Yeni Zelandiya (183 ölkə), Malta (183 ölkə), Çexiya (183 ölkə), Kanada (183 ölkə), Avstraliya (183 ölkə), Slovakiya (181 ölkə), Litva (181 ölkə) və Macarıstan (181 ölkə) qərarlaşıblar.

Azərbaycan isə siyahıda Filippinlə birlikdə 76 yeri tutub. Azərbaycan pasportunu daşıyan vətəndaşlar dünyanın 67 ölkəsinə vizasız səyahət edə bilərlər.

Gürcüstan siyahıda 53-cü (116 ölkə), Türkiyə 55-ci (111 ölkə), Rusiya 51-ci (118 ölkə), Ermənistan isə 81-ci (62 ölkə) yerdə qərarlaşıb.