Qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 1.588,1 ABŞ dolları təşkil edib

2020.01.07 14:19 (UTC+04:00)

Qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 2,3 faiz artaraq 1.588,1 ABŞ dolları təşkil edib ki, bu da 2013-cü ilin aprel ayından bəri rekord göstərici sayılır. "APA-Economics"in məlumatına görə, qiymət artımının səbəbi kimi Yaxın Şərqdə yaşanan gərginliyin artması göstərilir.

Qeyd edək ki, gümüşün də 1 unsiyasının qiyməti ötən ilin sentyabrından öz maksimal qiymət səviyyəsini yeniləyərək 18,5 dollara çatıb.