Ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib. "Report"un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi "AFB Bank"da 17 faizdən 16 faizə, "Azərbaycan Sənaye Bankı"nda 18 faizdən 16 faizə, "Bank Respublika"da 18 faizdən 16 faizə, "Bank VTB Azərbaycan"da 24 faizdən 18-22 faizə salınıb. Hesabat ayında "BTB Bank"da lombard kreditləri üzrə faiz dərəcəsi 24,8 faizdən 22,8 faizə düşürülüb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Turanbank" və "Xalq Bank"dadır,
Avtomobil kreditləri – "NBC Bank"
Təmir kreditləri – "Yelo Bank"
Lombard kreditləri – "Amrahbank"
İpoteka kreditləri – "Xalq Bank"
Mikro kreditlər – "Bank Respublika"
Kiçik və orta biznes kreditləri – "AG Bank", "Xalq Bank"
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: