Ötən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşunun ümumi həcmi 15.116,4 mln. manat olub. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 4,6 faiz çoxdur. İlin əvvəlinə nisbətən real sektora kredit qoyuluşu 16,1 faiz, son 1 ildə isə 20,3 faiz artıb.
Qeyd edək ki, hesabat dövründə sahələr üzrə ən çox kredit qoyuluşu ev təsərrüfatlarına (6.814,6 mln. manat), ticarət və xidmət sektoruna (2.339,5 mln. manat) və daşınmaz əmlakın tikintisi və alınmasına (1.971,5 mln. manat) ayrılıb.