Xaricə gedən azərbaycanlıların 82,5 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

2019.12.30 18:38 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə xarici ölkələrə səfər edən vətəndaşlarımızın 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatına üstünlük verib.