Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,6 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,4 bənd az, ilin əvvəli ilə müqayisədə 1 bənd çox, ötən ilin dekabrın 1-nə nisbətən isə 1 bənd çoxdur.
Manatın real effektiv məzənnəsi isə 99,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, illik müqayisədə isə 0,2 bənd çoxdur.