Vergilər Nazirliyinin təşkilatçılığı ilə dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində istirahət proqramı təşkil edilib. Şagirdlər əyləncə mərkəzində film izləyiblər və yaddaqalan vaxt keçiriblər.
Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Bayram şənliklərinin təşkilində məqsəd valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyac duyan məktəblilərə mənəvi dəstək olmaq, onlara əsl bayram əhval-ruhiyyəsi bəxş etmək, eləcə də cəmiyyətə inteqrasiyalarına təkan vermək və təhsilə maraqlarını stimullaşdırmaqdır.