Vergi mübahisələrində mediasiyanın tətbiqi müzakirə edilib

2019.12.30 15:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Vergilər nazirinin müşaviri Hidayət Sultanovun başçılığı ilə nazirlik əməkdaşları Litva Respublikası Hökuməti yanında Vergi Mübahisələri üzrə Dövlət Komissiyasının dəvəti ilə bu ölkəyə işgüzar səfər ediblər. Əsas məqsədi vergi mübahisələrinin həlli, o cümlədən mediasiya institutunun tətbiqi ilə bağlı Litva təcrübəsinin öyrənilməsi olan səfər çərçivəsində ölkəmizin təmsilçiləri Litva Hökuməti yanında Vergi Mübahisələri üzrə Dövlət Komissiyası, Litva Respublikasının Ali İnzibati Məhkəməsi, Litva Hökumətinin Katibliyi, Seym, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsində görüşlər keçiriblər.

Görüşlər zamanı "Mediasiya haqqında" Qanunun tətbiqi, vergi mübahisələrinin həlli ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb, mediasiya sahəsində Litvanın təcrübəsi öyrənilib. Litva Respublikasının hakim-mediatorları ilə vergi mübahisələrinin həlli, mediasiyanın tətbiqi qaydaları müzakirə edilib.