2019-cu ilin yanvar-fevral ayları ərzində Ukraynanın Dövlət Vergi Xidməti 4,3 min planlaşdırılmış yoxlama keçirib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır. Keçən il yoxlamaların sayı 4,9 min olmuşdu. Bu ilin ilk 11 ayında 11 min plandankənar yoxlama keçirilib ki, bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azdır. Ukraynanın Dövlət Vergi Xidmətinin məlumatında bildirilib ki, çarpaz yoxlamaların sayında da 24 faiz azalma olub. Bu ilin ilk 11 ayında 3,8 min çarpaz yoxlama aparılıb.
"Biz yoxlama üçün vergu ödəyicilərinin seçimində tətbiq edilən riskyönümlü yanaşma sayəsində yoxlamaların sayını tədricən azaldırıq. Gələcəkdə yoxlama işlərinin təşkili ilə bağlı yanaşmalarımızı təkmilləşdirəcəyik ki, bu da yoxlamaların sayının azalmasına yardım edəcək", - Ukraynanın Dövlət Vergi Xidmətinin sədri Sergey Verlanov deyib.