Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 614 manat olub

2019.12.30 10:20 (UTC+04:00)

Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3.060,8 manat, qeyri-neft-qaz sektorunda 559 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.