Milli valyutada olan əmanətlər 32 faizdən çox artıb

2019.12.30 10:00 (UTC+04:00)

Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 8 milyard 811,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 55,4 faizi xarici, 44,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,3 faiz artıb, xarici valyutada əmanətlər isə 5,6 faiz azalıb.

Noyabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya1,88 (1,91) manata, 100 rus rubluna 2,66 (2,62) manata bərabər olub.