"Azərenerji"nin yenidən qurulan "Müşfiq" və "Zabrat" yarımstansiyaları istifadəyə verilib

2019.12.29 13:02 (UTC+04:00)

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dekabrın 29-da "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 220/110/10 kV-luq "Müşfiq" yarımstansiyası istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.