Paytaxtda müəllimlərin orta aylıq əməkhaqqı 682 manata yüksəlib

2019.12.29 12:02 (UTC+04:00)

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 682 manatdır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) illik hesabatında qeyd olunub.

Bildirilir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.