İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində görüş keçirilib

2019.12.29 10:41 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumda fəaliyyət göstərən təcrübəçilərlə görüşüb. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi aparılan iqtisadi islahatlar barədə gənclərə ətraflı məlumatlar təqdim edilib. Gənclər təcrübə müddətində fəaliyyətin göstərdikləri sahələr üzrə öz rəy və təkliflərini bildirib, iqtisadi islahatlar barədə onları maraqlandıran suallara cavab istəyiblər.

İİTKM-də indiyə qədər 300-ə yaxın gənc təcrübə proqramından keçib. Onlardan bir qismi topladıqları təcrübə üzrə dövlət və özəl, eləcə də beynəlxalq qurumlarda işə başlayıblar. Müzakirənin sonunda fəaliyyətində fərqlənən təcrübəçilərə təşəkkürnamələr təqdim olunub.