Rusiya Federasiyasının hökuməti sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlar üçün vergi bəyannaməsinin ləğv edilməsi ilə bağlı qanun layihəsinə baxır. Baş nazir Dmitri Medvedyev hökumətin iclasında Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verib. "Sadələşdirilmiş vergi sistemi ilə çalışan və vergini gəlir obyektindən ödəyən sahibkarların vergi bəyannaməsi təqdim etməsi ləğv olunur", - D.Medvedyev bildirib. Hökumət başçısının sözlərinə görə, "vergi əməkdaşlarının xüsusi kassalarda qeydə alınmış məlumatlar əsasında ödənilməsini lazım bildrikləri məbləği göstərdikləri halda, vergi ödəyicisinin öz şəxsi kabinetindən elektron formada məlumat verməsi kifayət edəcək".
Qeyd edilib ki, bu qərar milli layihələr çərçivəsində hazırlanıb və kiçik biznesə yardım məqsədi daşıyır.