Yanvar-oktyabr aylarında ixracın 5,7 faizi avtomobil nəqliyyatı ilə həyata keçirilib

2019.12.28 18:13 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunan məhsulların 5,7 faizi avtomobil nəqliyyatı ilə daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ixrac edilən məhsulların 3,4 faizi dəmir yolu, 1,4 faizi hava, 0,8 faizi isə dəniz nəqliyyatı göndərilib.