Əcnəbilərin bank kartları ilə əməliyyatları 18,5 faiz artıb

2019.12.28 12:33 (UTC+04:00)

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı isə 13,3 faiz artıb. Onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar ötən ilin noyabr ayı ilə müqayisədə 18,5 faiz artaraq 90,3 milyon manat təşkil edib.

Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 1 milyard 164 milyon manat təşkil edib.