Argentinada hökumətlə müxalifət arasında qızğın müzakirələrə səbəb olan "Sosial həmrəylik haqqında" qanun layihəsi senatda qəbul edilib.
Təqaüd, sosial və dövlət qulluğu sahələrində tənzimləmələri əhatə edən qanun layihəsi xarici valyutanın ölkədən kənara çıxarılmasının qarşısını almaq məqsədi daşıyır.
İndiyədək sərmayə məqsədi ilə 200 dollara qədər xarici valyuta almağa icazə verilirdi. Yeni qanuna görə, bu məhdudiyyətə əlavə olaraq satın alınan valyuta üçün 30 faizdən artıq vergi tutulacaq.
Dolların kursu ilə bağlı 30 faizdən artıq vergi xaricdə aparılan xərcləri, dollarla rəsmiləşdimə aparan şirkətlər vasitəsilə aparılan xərcləri və xarici ölkələrə səfər biletləri üçün aparılacaq xərcləri də əhatə edir.
Qanuna əsasən, xaricdən dərmanların alınması, səhiyyə sahəsində xərclər və kitabların alınması vergidən azad edilib.
Hökumətin mövqeyinə görə, bu qanunun qəbul edilməsi Argentinanın iqtisadi böhrandan çıxmasına və borclarını ödəməsinə yardım edəcək.