Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb

2019.12.27 16:49 (UTC+04:00)

Bu ilin 11 ayında ölkəyə 798,3 min ton qara metal və onlardan hazırlanan məmulatlar idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə idxal edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri 929,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkəyə 1 milyard 114,9 milyon dollarlıq 848,8 min ton qara metal və onlardan hazırlanan məmulatlar idxal edilmişdi.