Yanvarın 18-də 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyiciləri ilə görüş keçirilib. Tədbir Vergi Məcəlləsinə və sosial sığorta sahəsində qanunvericiliyə edilmiş dəyişikliklər mövzusuna həsr olunub.
Görüşdə Vergi Məcəlləsinə yeni daxil edilmiş anlayışlar, gəlir və xərclərin uçotu, muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi və sosial sığorta haqlarının hesablanması, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan fəaliyyət sahələri, vergi güzəştləri, maliyyə sanksiyalarının məbləği, tətbiqi qaydaları və digər məsələlər müzakirə edilib.