Azərbaycana gələn əcnəbilərin 40,8 faizi hava nəqliyyatından istifadə edib

2019.12.27 16:23 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana gələn əcnəbilərin 40,8 faizi hava nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi ölkəmizə dəmir yolu və avtomobil, 0,8 faizi isə su nəqliyyatı ilə gəlib.