Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı ortaya çıxan sualların aydınlaşdırılması, maraq doğuran məqamların ətraflı izahı üçün Vergilər Nazirliyi müxtəsər şərhlər toplusu hazırlayıb. Ümid edirik ki, sual-cavab formasında hazırlanmış bu şərhlər həm vergi ödəyiciləri, həm də vergi orqanlarının əməkdaşları üçün faydalı olacaq.
Şərhlər toplusu ilə "vergiler.az" saytının "Multimedia" bölməsinin "Nəşrlər" altbölümündə tanış ola bilərsiniz.