İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin növbəti "Video İcmalı" ilin yekunlarına həsr olunub. İcmalda bildirilib ki, 2019-cu il Prezident İlham Əliyevin rəhbərliyi ilə inqilabi islahatlarla yadda qalıb. Video çarxda bu islahat prosesi bir neçə mərhələyə bölünərək təqdim olunub və islahat prosesinin əsas istiqamətləri təfərrüatlı göstərilib.
İcmal inqilabi sosial islahat paketinin qəbulu, dövlət idarəetməsində aparılan islahatlar, eləcə də biznes islahatları barədə ətraflı məlumatlar təqdim edib. Bildirilib ki, inqilabi sosial islahat paketi 4.2 milyon insanı əhatə edib. Sosial islahatlar nəticəsində Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerə yüksəlib. Minimum əməkhaqqı 250 manata yüksəlib. Problemli kreditlərin həlli 800 mindən artıq insana şamil olunub. Büdcədən 700 milyon manat nəzərdə tutulub.
Dövlət idarəetməsində aparılan islahatlar hakimiyyətin bütün qolları üzrə dövlət idarəetmə islahatları institutların inkişafını təmin edir.
"Video İcmal"da ilin əsas iqtisadi hadisələri də göstərilib. İcmala bu link vasitəsilə baxmaq mümkündür: