İtaliya texnologiya nəhənglərinə rəqəmsal vergi tətbiq edəcək

2019.12.26 18:34 (UTC+04:00)

İtaliya hökməti dövriyyəsi dünya üzrə 750 milyon, İtaliyada isə satışlarının həcmi 5,5 milyon avrodan artıq olan texnoloji şirkətlər üçün yeni verginin tətbiqi ilə bağlı qərar qəbul edib. 3 faizlik yeni vergi yanvar ayının 1-dən qüvvəyə minəcək. Hökumətin hesablamasına əsasən, bu vergi dövlət büdcəsinə illik əlavə 700 milyon vəsait cəlb edilməsinə şərait yaradacaq.

Bundan əvvəl, 2019-cu ildə belə bir vergini Fransa tətbiq etməyə başlamışdı. Onu da qeyd etmək lazımdır ki, rəqəmsal vergi ilk növbədə Amerikanın iri şirkətlərinin ("Facebook", "Alphabet", "Amazon" və s.) mənafeyinə uyğun deyil. ABŞ hökuməti bu verginin tətbiqi ilə bağlı Fransadan idxal edilən şərablara, pendirə və dizayner çantalarına 100 faizlik rüsum tətbiq etməklə hədələmişdi. ABŞ hökuməti tərəfindən İtaliyaya qarşı da oxşar addımların atılacağı gözlənilir".