Fermerlərə verilən subsidiyalar artıq kartlara köçürülür

2019.12.27 10:19 (UTC+04:00)

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, fermerlərə verilən subsidiyalar kartlara köçürülür. Bu, yeni nəsil kartlardır. Onun sözlərinə görə, yeni nəsil kartlar fermerlərə 3 il müddətinə verilir. Artıq Xaçmaz rayonunda fermerlərə kartların verilməsi prosesinə başlanılıb. Gələn il fevralın ortalarınadək isə 400 minədək fermerə pulsuz kartlar paylanacaq.