Çinin bir şəhərində 28.000 saxta şirkət aşkarlanıb

2019.12.26 13:52 (UTC+04:00)

Çinin Şərqindəki Çjeszyan əyalətinin Şaosin şəhərində 28 min saxta şirkət aşkara çıxarılıb ki, bu şirkətlər vasitəsilə dövlətdən 480 milyon yuan (təxminən 68,6 milyon dollar) vergi gizlədildiyi iddia edilir. Saxlanılmış 143 şəxs saxta qaimələrdən istifadə edərək fırıldaq yolu ilə vergi güzəşti almaqda, eləcə də qanunsuz xarici valyuta alverində şübhəli bilinir. Təhqiqat zamanı aydın olub ki, fırıldaq sxemində 28 minə yaxın saxta şirkətdən istifadə olunub. Dekabrın 6-da Şaosin polisinin həyata keçirdiyi axtarış əməliyyatı nəticəsində biznes aparmaq üçün lisenziyalar, vergi nəzarətinə aid proqram təminatı və boş hesab-fakturlar ələ keçirilib. İstintaq davam edir.