Bakıda Azərbaycan-Türkiyə işgüzar "dəyirmi masa"sı keçirilir

2019.12.26 12:34 (UTC+04:00)

Dekabrın 26-da Bakıda keçirilən Azərbaycan-Türkiyə işgüzar "dəyirmi masa"sında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini deyib. Qeyd edib ki, Azərbaycan-Türkiyə arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir: "Gələn ilin fevralında Bakıda hər iki ölkənin iş adamlarından ibarət "Sərmayə imkanları" mövzusunda təqdimat olacaq".

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.