Bu il Azərbaycandan ixrac edilən məhsulların çeşidi 3 mini keçib

2019.12.25 17:41 (UTC+04:00)

Cari ilin 11 ayında Azərbaycandan 3.033 çeşiddə məhsul ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 18 milyard 303,4 milyon ABŞ dolları olub.