Emal sənayesində məhsul istehsalı 10 milyard manatı ötüb

2019.12.25 16:26 (UTC+04:00)

Yanvar-noyabr aylarında emal sənayesində 10 milyard 609 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 55,7 faiz, içki istehsalında 40 faiz, qida məhsullarının istehsalında isə 10,4 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 47,7 faiz, qənd və şəkər tozu istehsalı 37,8 faiz, qaymaq və xama istehsalı 22,6 faiz, cem və marmeladların istehsalı 11 faiz, alkoqolsuz içkilərin istehsalı 12,5 faiz artıb.